Baş Prokurorluq "Instagram"da neçə suala cavab verdi? - VİDEO
    • 11-09-2020, 15:20
    • 505

Baş Prokurorluq "Instagram"da neçə suala cavab verdi? - VİDEO

Sentyabrın 11-i saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. 

Sessiya zamanı 119 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib. 

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.