1-ci siniflər 15 sentyabrda məktəbə gül apara biləcəklər? - AÇIQLAMA
    • 11-09-2020, 17:06
    • 858

1-ci siniflər 15 sentyabrda məktəbə gül apara biləcəklər? - AÇIQLAMA

"Biz deyə bilmərik ki, gül gətirmə. Ancaq gülün gətirilməsi infeksiyanın yaranmasına səbəb ola bilər. Valideynlər bizi bu mövzuda başa düşməlidir. Pandemiya dövründə birləşib, birgə bu məsələləri həll etməliyik".

News24.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.