-
- 12-09-2020, 10:30
- 1 712
Koronavirusun vətəndaşlara XEYİRİ: Ətin qiyməti UCUZLAŞIB
Azərbaycanda koronavirus pandemiyası nəticəsində ət tədarükü xeyli azalıb. Qiymətlərdə isə əvvəlkinə nisbətən ucuzlaşma müşahidə edilir.
Qiymətlərlə bağlı vəziyyətin nə yerdə olduğunu müşahidə etmək üçün News24.az topdansatış bazarlar və iri ticarət mərkəzlərindən birinə üz tutdu.
Paytaxtın "Yaşıl Bazar" deyilən ticarət mərkəzində yarım saatlıq apardığımız müşahidə nəticəsində qiymətlərdə dəyişikliyin olduğunu müşahidə etdik. Bu dəyişikliyin nə ilə əlaqəli olduğunu soruşduqda isə qəssablar bildirdilər ki, pandemiya dövründə kütləvi yas və toy mərasimləri keçirilmədiyi üçün ətə olan tələbat azalıb. Üstəlik, restoranların fəaliyyətinə qoyulan məhdudiyyət də qiymətin düşməsinə təsir edib. Həmçinin, onlar özləri də endirim etdiklərini vurğuladılar.
Qiymətlərə gəldikdə isə sümüklü dana əti 10 manat 90 qəpik, sümüksüz 13 manat 90 qəpik, sümüklü antrikot isə 12 manat 70 qəpikdir. Quzu döş əti sümüklü 10 manat 80 qəpik, çanaqsız, maçasız bud 17 manat 40 qəpik, qol sümüklü 13 manat qəpik, antrikot 19 manat, sümüksüz bud 18 manat 79 qəpikdir.
Digər topdansatış bazarda da aşağı-yuxarı eyni qiymətləri müşahidə etdik. Belə ki, dana əti sümüklü 11 manat, sümüksüz 14 manat, quzu ətinin isə 14 manat olduğu qeyd edildi.
Daha sonra “Bravo” supermarketində qiymətlərin nə yerdə olduğunu öyrənmək üçün müşahidə kameralarımızı işə saldıq. Burada dana döş əti sümüksüz 10 manat 29 qəpik, sümüklü 9 manat 99 qəpik, dana tikə əti 13 manat 99 qəpik, quzu sümüklü bud əti isə 13 manat 80 qəpikdir.
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, avqust ayının nəticələri açıqlanmadığından iyul ayı üzrə iribuynuzlu heyvanların istehsalçı qiymətləri indeksində 5,2% artım qeydə alınıb:
“Yəni maya dəyəri 5,2 % artıb. Yanvar ayında bu, 4,8% idi. Ümumiyyətlə heyvandarlıq məhsullarında qiymətlərin artımı 7,6% olub. İyul ayında istehlakçı qiymətlərində 4,5 % artım qeydə alınıb. Bazarı göstərən əslində, istehlakçı qiymətləri indeksidir. İaşə sektorunda tələbin aşağı düşməsi, şadlıq saraylarının fəaliyyətinin dayanması səbəbindən istehsalçılar məhsullarını sata bilmirlər. Bu, təkcə ətdə yox, bütün məhsullarda özünü büruzə verir. Son 1 ayda qiymət ucuzlaşması mövcuddur. Ancaq rəsmi rəqəmlər nə istehsalçı, nə də istehlakçı qiymətləri üzrə bizim dediklərimizi təsdiqləmir. Rəsmi rəqəmlərdə hamısında artım göstərilir. Ət məhsullarının qiymətində artım aprel ayında 6,8%. Mart ayında isə 7,8%-ə yüksəlib. Aprel ayından etibarən həmin fərq azalmağa başlayıb".