Valideynlərin NƏZƏRİNƏ: Siniflərin bölgüsü bu şəkildə aparılacaq
    • 12-09-2020, 11:54
    • 779

Valideynlərin NƏZƏRİNƏ: Siniflərin bölgüsü bu şəkildə aparılacaq

Siniflər qruplar şəklində və fərqli günlərdə tədris prosesinə qoşulacaq.

News24.az-ın məlumatına görə, 1-ci siniflər 15, 16 sentyabr tarixlərində iki qrup halında dərsə gedəcək.

1 və 4-cü günlər bir qrup, 2 və 5-ci günlər isə digər qrup dərslərə qoşulacaq.

Valideynlər istədikləri təqdirdə övladları onlayn formada "Zoom"la tədris ala biləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov News24.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, növbəli prinsip olacaq: "Məktəblərin tutumuna görə bu iş planlaşdırılacaq. Müxtəlif məktəblərin hərəsinin öz dərs cədvəli var, buna uyğun da tədris prosesi təşkil ediləcək". 

Məhərrəm Əliyev