-
- 16-09-2020, 17:30
- 749
Çimərlikdə anidən “Mən ölmək istəmirəm” deyə qışqırmağa başladı - Video
Antalyanın dünyaca məşhur Konyaaltı çimərliyində “Mən ölmək istəmirəm” deyə qışqıran koronavirus xəstəsi Türkiyə gündəmini zəbt edib.
News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, Antalyada yaşayan Dilek Muratoğlu günorta saatlarında 5 yaşlı qızı ilə Konyaaltı çimərliyinə gedib.
Qızı çimərkən o, “ölmək istəmirəm” deyə qışqırmağa başlayıb. Ətrafdakı insanların maraqlanmasından sonra Muratoğlu koronavirusa yoluxduğunu və ölmək istəmədiyini bildirib. Daha sonra insanlar onun mütəmadi yerə tüpürdüyünü görərək ərazidən uzaqlaşıblar. Xəbər verildikdən sonra isə bölgəyə polis qrupları göndərilib və xilasedici heyətə məlumat verilib.
Hadisə yerinə gələn xilasedicilər Dilek Muratoğlu və qızının ətrafında 3 metrlik ara məsafəsi ilə təhlükəsiz ərazi yaradıb. Çimərliyə gələn polis şəxsin kimliyini təyin etdikdən sonra onun evində təcrid olunmalı olduğunu bildirib.
Daha sonra çimərlikdən qızı ilə aparılan qadının həm də psixoloji müalicə alacağı qeyd olunub. /Qafqazinfo/