Bakıda tikiş sexində YANĞIN
    • 18-09-2020, 16:04
    • 517

Bakıda tikiş sexində YANĞIN

Bakıda tikiş sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə Xəzər rayonunda qeydə alənıb. Belə ki, bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.