"Torqovı"da baş verən yanğın SÖNDÜRÜLDÜ - FOTOLAR - VİDEO - YENİLƏNDİ
    • 22-09-2020, 16:51
    • 684

"Torqovı"da baş verən yanğın SÖNDÜRÜLDÜ - FOTOLAR - VİDEO - YENİLƏNDİ

Bakıda baş verən yanğın söndürülüb. 

News24.az-ın məlumatına görə, yanğın Səbail rayonu, Nizami küçəsi, 91 ünvanında yerləşən "AVVA" geyim dükanında qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 

Yanğın zamanı mağaza işçilərindən bir nəfərin halı pisləşib. Qəza vəziyyətini nəzərə alaraq, əraziyə kənar şəxslərin girişi qadağan edilib.

FHN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

FOTO-VİDEO: Fərid Şabanov