SON DƏQİQƏ: Bakıda YANĞIN -  17 NƏFƏR TƏXLİYYƏ EDİLDİ - YENİLƏNİB
    • 20-08-2019, 12:56
    • 1 390

SON DƏQİQƏ: Bakıda YANĞIN - 17 NƏFƏR TƏXLİYYƏ EDİLDİ - YENİLƏNİB

Bakı şəhərinin Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
11:30

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, İ. Qutqaşınlı küçəsində qeydə alınıb. Çoxmərtəbəli binanın 13-14-cü mərtəbələri arasında elektrik lövhəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib.

Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.