-
- 23-09-2020, 11:40
- 520
ƏƏSMN övladığa uşaq götürmə ilə bağlı stimullaşdırma proqramı nəzərdə tutub
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladığa uşaq götürmə ilə bağlı stimullaşdırma proqramı nəzərdə tutulub".
News24.az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə övladlığa götürülməsi bu günə qədər olmayıb:
“Valideyn himayəsindən məhrum olan sağlamlıq imkanları məhdud uşaqların sayları var. Belə uşaqların övladlığa götürülməsinin təşviq edilməsi üçün valideynlərə müavinət formasında əlavə maddi dəstək verilməsi məqsədilə Nazirlik bir sıra dəyişiklik təklif edib. Təkliflərdən biri budur ki, əgər kimsə 0-18 yaş arasında sağlamlıq imkanları məhdud uşaq övladlığa götürsə, bu zaman onun üçün aylıq 480 manat müavinət verilməsi nəzərdə tutulub. Bu, layihədir və Milli Məclisin plenar iclasında müzakirə ediləcək və yekunda qərar qəbul olunacaq. Bundan əlavə, illərin təcrübəsi göstərir ki, övladlığa uşaq götürülməsi ilə bağlı daha çox 0-2, 0-3 yaş arası uşaqlara üstünlük verilir. Valideyn himayəsindən məhrum olan 3 yaşdan yuxarı uşaqlar bir müddət müəssisələrdə qalırlar. Onların yaşı artdıqca övladlığa götürülməsi də çətinləşir. Bu səbəbdən, yeni təkliflərdən biri də budur ki, 3 yaşdan yuxarı uşağın övladlığa götürülməsi zamanı ailəyə dəstək üçün 160 manat məbləğində aylıq müavinət təyin olunsun. Bundan əlavə, təkliflər sırasında var ki, bu uşaqların təhsil xərci dövlət tərəfindən qarşılansın. Eyni zamanda, bu uşaqlarla bağlı səhiyyə xərcləri də həmin ailənin üzərində yox, dövlət büdcəsi hesabına formalaşsın".
C.Şahmalıyev bildirib ki, təkliflər qəbul olunarsa, 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək: "Amma bu, daha əvvəl övladlığa uşaq götürən ailələrə şamil olunmayacaq. Bunlar, qərar qüvvəyə mindikdək sonrakı hallara şamil olunacaq".