TƏBİB sədri: "Xaricdən vaksinlərin alınması istiqamətləri müzakirə olunur"
    • 23-09-2020, 16:09
    • 780

TƏBİB sədri: "Xaricdən vaksinlərin alınması istiqamətləri müzakirə olunur"

“146 vaksin namizədindən 27-ci birinci, 14-ü ikinci, 9-cu üçüncü kliniki sınaq fazasındadır”.

News24.az
xəbər verir ki, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 

R. Bayramlı deyib ki, ölkəmizdə vaksinlərin istehsalı və xaricdən vaksinlərin alınması istiqamətləri müzakirə olunur.