-
- 27-09-2020, 12:20
- 552
SON DƏQİQƏ: Rusiya Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə ÇAĞIRDI
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
News24.az Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilib: “Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan tərəfi təxribata əl ataraq mülki və hərbi mövqelərimizi atəşə tutub.