Bakıda tanınmış restoranda YANĞIN - FOTOLAR - VİDEO - YENİLƏNDİ
    • 30-09-2020, 14:11
    • 746

Bakıda tanınmış restoranda YANĞIN - FOTOLAR - VİDEO - YENİLƏNDİ

Bakının mərkəzində Gənc Tamaşaçılar Teatrının binasında yerləşən "Theatre lounge" restoranında yanğın baş verib. 

News24.az-ın məlumatına görə, yanğına səbəb restoranın damında yerləşən naqillərdəki qısaqapanma olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Foto: Nurlan Gülməmmədov