Ermənilər Goranboyun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutub, iki ev yararsız hala düşüb - FOTOSESSİYA
    • 1-10-2020, 11:05
    • 450

Ermənilər Goranboyun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutub, iki ev yararsız hala düşüb - FOTOSESSİYA

Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutmağa başlayıb. 

Nəticədə kənd sakinləri Binnətov Bayram və Qarayeva Səbinəyə məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb. /APA/