Ermənistan Azərbaycanın 24 mülki vətəndaşını qətlə yetirib - RƏSMİ
    • 4-10-2020, 15:56
    • 560

Ermənistan Azərbaycanın 24 mülki vətəndaşını qətlə yetirib - RƏSMİ

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son məlumatları açıqlayıb.       

Qurumun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 4-ü saat 15:30-dək 24 nəfər həlak olub.

Məlumata görə, düşmən Azərbaycanın 111 nəfər mülki vətəndaşını yaralayıb

"49 mülki obyektə ziyan dəyib. Ziyan dəymiş yaşayış evlərinin sayı isə 248-dir", Baş Prokurorluqdan bildirilib.