Sabirabad sakinindən 7 kq narkotik götürülüb
    • 5-10-2020, 11:36
    • 566

Sabirabad sakinindən 7 kq narkotik götürülüb

Sabirabad rayon sakinindən narkotik vasitə götürülüb. 

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabirabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəngan kənd sakini E.Muradov saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 29 qramdan artıq, evindən isə 7 kiloqram 245 qram marixuana aşkar edilərək götürülüb.