-
- 16-10-2018, 11:11
- 1 086
Həbibə 50 Cent tərəfindən təklif olunan 2 milyon “ZİBİL” çıxdı
Rusiyalı idmançı Həbib Nurməhəmmədovun UFC-dən başqa döyüş liqasına - “Bellator”a keçməsini təklif edən amerikalı məşhur reper Kertis Ceksonla (50 Cent ) Nurməhəmmədovun meneceri arasında İnstaqramda söz atışması olub.
Ceksonun təklif etdiyi məbləğə menecerin reaksiyası münaqişəyə səbəb olub.
Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz təklif olunan 2 milyon dolların “sadəcə zibil” olduğunu yazıb. Onun sözlərinə görə, Həbib bu pula “hətta Koka-kolanın butulkasını açmayacaq”.
“Pis təsəvvürün daha bir nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pul haqqında danışır. Gülməlidir!” - reper cavabında yazıb.
Qeyd edək ki, daha əvvəl 50 Cent UFC-nin Həbib Nurməhəmmədov barəsində qəbul etdiyi sanksiyaları ittiham edib və rusiyalıya “Bellator”a keçid üçün 2 milyon dollar söz verib. Buna cavab olaraq, döyüşçü Ceksonu məsələni müzakirə etmək üçün Dağıstana dəvət edib.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.