-
- 5-10-2020, 15:34
- 497
"Ermənistanın mülki əhaliyə hücumu yeni deyil" - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşdən sonra mətbat konfransı baş tutub.
Konfransda Dağlıq Qarabağ məsələsi müzakirə olunub. M.Çavuşoğlu bildirib ki, Ermənistanın mülki əhaliyə hücumu yeni deyil:"Xocalıda uşaq, qadın demədən necə qətl etdiyini görümüsünüz. İndi təmas xəttində həm hərbçilərə, həm də dinc insanlara hücum edib, bir çox mülki vətəndaş həlak olub. Çarəsiz qalan Ermənistan dinc əhalini hədəf alaraq raketlərdən istifadə etməyə başladı. Bu, əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını geri almaq üçün mübarizə aparır. Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslaşdırılmış olmağa çalışır ya da Ermənistanı dəstəkləyən açıqlamalar verir. Bu problemi həll etmək üçün qurulan Minsk qrupundan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq buranın ərazi bütövlüyünü dəstəkləyirik. Hər kəs Ermənistanı bu əraziləri tərk etməyə çağırmalıdır. Bu, 30 ildir davam edir. Ermənistan bu işğalından həzz alır. Kimdən cəsarət alırsa, Azərbaycana hücum edir. Hər kəs haqlının yanında olmalıdır”.