DİN: Cəbhəyanı bölgələrdə polis əməkdaşlarının xidməti davam etdirilir - VİDEO
    • 6-10-2020, 11:52
    • 523

DİN: Cəbhəyanı bölgələrdə polis əməkdaşlarının xidməti davam etdirilir - VİDEO

Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub.

Bildirilib ki, cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün xidmətlərini yorulmadan davam etdirirlər.