Hüseyn Paşayev: YAP Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir
    • 6-10-2020, 12:41
    • 480

Hüseyn Paşayev: YAP Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir

“Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir.” 

News24.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Hüseyn Paşayev Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürülməsindən sonra bu vətənpərvər aksiyanın partiyanın rayon, şəhər təşkilatları tərəfindən coşqu ilə davam etdirildiyini qeyd edib: "Təkcə rayon təşkilatlarının deyil, siravi partiya üzvlərinin də fərdi şəkildə iştirak etdiyi bu aksiyanın ali məramı Milli Ordumuza həm də mənəvi dəstəyin ifadəsidir. Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində rəşadətli döyüşlər aparır.

Biz cox yaxın zamanlarda torpaqlarımızın işğaldan təmizlənməsi sevincini bütün xalqımızla birgə yaşayacağıq. Bu gün hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə, Onun təmkinlə, müdrikliklə və uzaqgörənliklə qurduğu Azərbaycan Ordusunun gücünə, iradəsinə, əsgərlərimizin qəhrəmanlığına və yüksək döyüş ruhuna əmindir. Bu gün hər birimiz Ordumuzla bərabərik, bir yerdəyik, hər addımda ona mənəvi dəstəyimizi ifadə edirik. Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük!"