-
- 11-10-2020, 15:30
- 731
"İnsanlar “Ali Baş Komandan, bizə silah ver!” deyirdilər” - İlham Əliyev
Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar var. Düşünürəm ki, bunlar hər orduda var”.
News24.az- ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı “Yadınızdadırmı, sentyabrın 27-də gecə və ya səhər çağı cavab verməyə başlamaq lazım olması, bu müharibəyə başlamaq lazım olması barədə qərar necə qəbul edildi?” sualına belə cavab verib:
“Təhlükə halında, hücum halında sən necə hərəkət etməlisən. Yəni, burada necə hərəkət etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı dayandırmaq lazımdır. Bunun üçün dəlillər çox idi. Əvvələn, Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın “Qarabağ Ermənistandır” məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən, işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş təxribat qrupunun başçısı indi ifadə verir. Biz gözləyirdik, biz hazır idik. Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsini tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz”.
-Bəli, mitinq olmuşdu.
-Bəli. İyul ayında mitinqdə səslənən əsas şüar belə idi: “Ali Baş Komandan, bizə silah ver!” İnsanlar belə deyirdilər. İyul ayında biz Ermənistanla dövlət sərhədini rahatca keçərək Ermənistan Respublikasının geniş ərazilərini tuta bilərdik, amma biz bunu etmədik.