-
- 13-10-2020, 22:29
- 963
Dünyaca məşhur futbolçu Atatürkdən misal çəkdi, QARABAĞA DƏSTƏK OLDU - FOTO
İngiltərənin "Arsenal" klubunun Türkiyə əsilli alman yarımmüdafiəçisi Mesut Özil Azərbaycana dəstəyini ifadə edib.
News24.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə "Twitter" hesabında paylaşım edib.
Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.
Türk əsilli oyunçu "Tək millət, iki dövlət" ifadəsini də paylaşıb.
Qeyd edək ki, Mesut Özilin "Twitter" hesabında 25 milyon izləyici var.