Həyat yoldaşını cəbhəyə yola salan Yelena Sidorenko AĞLADI - VİDEO
    • 14-10-2020, 12:33
    • 2 047

Həyat yoldaşını cəbhəyə yola salan Yelena Sidorenko AĞLADI - VİDEO

"Yola salanda düşünmürsən necə yola saldığını. Söz vermişdim ki, ağlamayacam. Bir neçə həftədir ki, istənilən hərbi formada insan görəndə mən rahat ola bilmirəm. Ona görə yox ki, mənim yoldaşım ordadır. Ona görə ki, hamının oğlu, atası, qardaşı ordadır. Ona görə yox ki, biz onlardan ötrü qorxuruq. Allah onları özü qoruyur. Mən ona əminəm. Əgər Allah kiməsə o imkanı verirsə ki, o, şəhid olur ondan gözəl nə ola bilər ki?!"

News24.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Yelena Sidorenko "Xəzər" Televiziyasında yayımlanan "Vaxtı gəldi" verilişində deyib. O, həyat yoldaşını yola salarkən keçirdiyi hisslərdən danışanda hönkür-hönkür ağlayıb: "Darıxırıq...Mənim bir yaş səkkiz aylıq qızım var. O, hər gün soruşur ata hardadır? Ata nniyə məni qucağına almır? Atası da hər gün zəng vuranda sorusur qızım neynir? Necədi? Mən bilirəm ki, onlar da bizdən narahatdır. Ona görə mən onla danışanda narahat olduğumu, darıxdığımı bildirmirəm. Neçənci efirdi ki, çalışıram özümü saxlayım. Çünki o, gəlib bu efirlərə baxacaq. Bəli, biz güclüyük. Onlar torpaqlarımızı almamış gəlməyəcək. İnşallah ki, hamsı sağ-salamat qayıdacaqlar. Hər gün səhər ona bir mesaj yazıram ki, salamat çıxdığına görə mənə bir mesaj yaz. O mesajı alanda dünyanın xoşbəxti oluram. Burdan bütün yaxını cəbhədə olanlara demək istəyirəm ki, necə ki, mən qorxmuram, necə ki, mən fəxr edirəm yoldaşımla eynilə sizin atalarınızla, oğlunuzla fəxr edirəm".