Ermənilərin Azərbaycana məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı MƏLUMAT YALANDIR - MN
    • 15-10-2020, 16:32
    • 467

Ermənilərin Azərbaycana məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı MƏLUMAT YALANDIR - MN

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.