-
- 15-10-2020, 18:17
- 690
“Yaxın vaxtlarda Füzuli ilə bağlı çox yaxşı xəbərlər gələcək” - İlham Əliyev
“Erməni xalqı real vəziyyəti bilmək istəyirsə, bizə qulaq assın. Biz irəliləyəcəyik. Onlar atəşkəsə riayət etmirlər. Biz ciddi əmr vermişdik ki, atəşkəsə ordumuz əməl etsin, biz saat 12-də durduq, amma onlar durmadı”.
News24.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev “NTV Türkiyə” kanalına müsahibəsində deyib.
Dövlət başçısı jurnalistin “Qarşı tərəf masaya oturanadək siz cəbhədə irəliləyəcəksiniz?” sualına belə cavab verib:
"Biz özümüzü müdafiə etmək üçün hərəkətə keçdik, bir neçə kəndi də azad etdik. Sülh danışıqları başlayanda ilk təqvim verilməlidir ki, Ermənistan hansı torpaqdan nə vaxt çıxır və çıxmalıdır. Əks halda biz davam edəcəyik. Təməl prinsiplərində göstərilmişdi ki, ilk mərhələdə 5 rayon bizə qaytarılmalı idi. Artıq bizə qaytarılmalı olan 5 rayondan 2-nin böyük hissəsi bizdədir.
Belə davam edərsə, digər rayonları da alacağıq. Biz döyüş meydanında təməl prinsipləri reallaşdırırıq. Minsk qrupu isə buna nail ola bilməmişdi.
Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə düşmənə sardıcı zərbələr endirib. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik. Ermənistanın texniki təchizatı sarsılıb. Yaxınlarda olacaq açıqlamalar onları daha da sarsıdacaq. Erməni xalqı real vəziyyəti bilmək istəyirsə, bizə qulaq assın”.