Azərbaycanda oktyabrın 15-dək 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub
    • 16-10-2020, 11:52
    • 430

Azərbaycanda oktyabrın 15-dək 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub

Təhsil naziri indiyədək koronavirusa yoluxmuş şagirdlərin və işçi heyətin sayını açıqlayıb.

News24.az-ın məlumatına görə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub.

Nazir 1597 şagirdin COVID xəstəsi ilə təmasda olduğunu deyib.