-
- 17-10-2020, 11:41
- 491
"Ən tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək aylarla zaman alacaq" - İlham Əliyev
"Füzuli uğrunda döyüşlər ağır döyüşlərdir. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar, əsərlər yazılacaq, doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdir".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xalqa müraciəti zamanı deyib:"Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Və hətta ən tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək aylarla zaman alacaq və uğurla nəticələnəcək, ya nəticələnməyəcək böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə əlbəttə ki, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarması bizə növbəti bir neçə strateji üstünlüklər verir".