Azərbaycanda daha 34 şagirddə koronavirus aşkarlanıb
    • 17-10-2020, 19:03
    • 537

Azərbaycanda daha 34 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 7, işçi sayı 6 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 34, işçi heyətinin sayı 21 olub.