Ermənilər Tərtərə "Smerç" raketi atıb - 16 yaşlı yeniyetmə həlak oldu  - Hikmət Hacıyev
    • 24-10-2020, 11:10
    • 511

Ermənilər Tərtərə "Smerç" raketi atıb - 16 yaşlı yeniyetmə həlak oldu - Hikmət Hacıyev

Ermənilərin Tərtər şəhərinə "Smerç" raketi atması nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.

News24.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında məlumat verib. 

Məlumatda deyilir:

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə atılan "Smerç" raketi hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağında həlak olub. Orxan bağdan xurma toplayırdı".