Xəzər Universitetinin brend mağazası: günə 4-5 manat qazanc olur
    • 13-10-2018, 10:55
    • 726

Xəzər Universitetinin brend mağazası: günə 4-5 manat qazanc olur

İnkişaf etmiş xarici ölkələrdə universitetlərin qazanc əldə etmək üçün müxtəlif alternativ vasitələri var. Bu vasitələrdən biri də hər nüfuzlu ali təhsil ocağının özünə aid olan xatirə əşyalarının satıldığı brend  mağazalardır.
 
Nyu York Universitetinin 4-5, Corc Vaşinqton Universitetinin  Vaşinqton şəhəri ərazisində 10-a yaxın,  Merilend Universitetinin isə xatirə əşyaları satılan 4 mərtəbəli mağazaları var.  Bu ölkələrdə xatirə əşyaları universitetlərə çox böyük gəlir gətirir.
 
Artıq Qərbdə özünü doğrultmuş bu ənənə Azərbaycana da gəlib çatıb. Nüfuzlu ali təhsil ocaqlarından biri olan Xəzər Universitetində xatirə əşyaları satılan mağaza fəaliyyət göstərir. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli  bu barədə məlumat verib.
 
O bildirib ki, universitetin daxilində loqoları əks olunan xatirə əşyalarının satıldığı mağaza var.
 
“Lakin xarici universitetlərdə olduğu kimi, biz bu mağazadan böyük gəlir əldə etmirik. Gündəlik 4-5 manat qazanc olur. Çünki əşyalar baha qiymətə satılmır. Bu təşəbbüs sadəcə, ali məktəbin təbliğatı üçün, məzunlarımıza, tələbələrimizə, universitetlə maraqlanan şəxslərə hesablanmış addımdır”.
//modern.az