Trampın müşaviri Bakıya niyə gəlir
    • 13-10-2018, 11:21
    • 856

Trampın müşaviri Bakıya niyə gəlir

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb.
 Con Bolton Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcəyini bildirib.
Trampın müşaviri Rusiya səfərinin məqsədini belə izah edib: "Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Donald Tramp və Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir. Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik".
Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq. 
//qaynarinfo