-
- 12-01-2019, 16:35
- 858
Trampın Rusiyaya işləməsindən şübhələnən Mərkəzi Kəşfiyyat İdarəsi hərəkətə keçdi - FOTO
ABŞ prezidenti Donald Trampın Amerikanın milli maraqlarına zidd olaraq Rusiyaya işləyib-işləmədiyini araşdırmaq üçün təhqiqata start verilib.
Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyms Koumini işdən çıxardıqdan şübhə altına düşüb. ABŞ-ın hüquq-mühafizə orqanlarının rəsmiləri Trampın Rusiyaya işləməsindən şübhələnməyə və narahat olmağa başlayıblar. Bu şübhələrin nəticəsi olaraq MKİ-də Trampın fəaliyyətini təhqiq etmək qərarına gəiblər.
Daha əvvəl MKİ-nin əks-kəşfiyyat rəsmiləri Trampın 2016-cı il seçki kampaniyası çərçivəsində Rusiya ilə əməkdaşlığından şübhələnsələr də, rəsmən təhqiqata başlamaqdan çəkinmişdilər. Amma Kouminin işdən azad edilməsi şübhələri daha da möhkəmləndirib və bir müddət davam edən tərəddüdlərdən sonra təhqiqata start verilib.
Qeyd edək ki, təhqiqat nəticəsində Trampın Rusiya ilə əlaqələrinin ABŞ-ın maraqlarına qarşı yönəldiyi aşkarlanarsa, prezidentin məsuliyyətə cəlb edilməsi də istisna deyil.
Bir çoxları Kouminin işdən çıxarılmasını da məhz bununla əlaqələndirirlər. Hesab edilir ki, Koumi Trampın Rusiya ilə əlqələrini araşdırmaq istədiyinə görə işdən çıxarılıb. Elə buna görə də MKİ şübhələrin əsaslı olması qənaətinə gəlib.
//Bizimyolİnfo