-
- 13-10-2018, 12:07
- 965
“Onların yeri cəhənnəmdir” – Tərəzidə kələk gələn satıcılar – VİDEO
Tərəzinin necə olmasından asılı olmayaraq bəzi satıcıların beyinləri nəyisə icad etməyə o qədər “yaxşı” işləyir ki, istənilən tərəziyə müdaxilə edərək çəkini çox göstərə bilirlər.
ARB TV News24.az-a xəbər verir ki, bəzi satıcılar satdığı malı ucuz qiymətə qoymaqla müştərini cəlb edir, ancaq çəkidə kələk gəlirlər.
Bu cür satıcıların kələyinə tuş gəlməmək üçün nə etmək lazımdır?
Mağazadan 1 manata “1 kiloqram” armud aldıq. Sonradan yoxladıq və çəki 800 qram göstərdi. Həmin satıcının yanına qayıdıb bunun səbəbini öyrəndik.
Satıcı: “800 qram həyatı boyu ola bilməz. Bu 990 qram oldu. Heç kimin tərəzisinə səhv demirəm amma mənim tərəzim də düzdür”.
Belə satıcılar məhsulun qiymətini ucuz göstərməklə müştəri cəlb edir, əvəzində isə gün ərzində onlarla müştəriyə hər kiloqramda 50, 100, 200 qram əskik mal satır. Bu cür hadisələrə daha çox küçə ticarətində ras gəlmək olur.
Alıcı: “O dükanda həmişə aldadırlar. Alıb, aldanmışam, daha almıram”.
Alıcı: “Nə edim? Buradan durub evə getmişəm, bir də qayıdası deyiləm ki?”
Alıcı: “Belə şeylərin dərinliyinə getmirik, çünki, sübut eləmək olmur onlara”.
Alıcı: “Bu tərəzi söhbəti var ha, onların yeri cəhənnəmdi”.
Min bir dillə müştəri səsləyən satıcılar arasında təbii ki, işbaz həmkarlarını qınayanlar da var.
Satıcı: “Tərəzidə aldadanlara nifrət edirəm. Halal çörək hamısından yaxşıdır”.
Bəs bu və ya digər şəkildə insanların cibinə girən küçə ticarətçilərinə yaxud bu cür alverçilərin tərəzi siyasətinə nəzarət hansı şəkildə təşkil olunmalıdır?
Eyyub Hüseynov – Ekspert: “Küçə ticarəti yığışmalıdır. Mal satışı müəyyən yerlərdə təşkil olunmalıdır. İstehlakçıların aldanmasının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər aparmalıdır”.
Bütün yoxlama və monitorinqlərə rəğmən əsas monitorinqi özümüz aparmalıyıq ki, aldanmayaq.