"Qarabağ" bu gün İstanbulda "Vilyarreal"la qarşılaşacaq
    • 29-10-2020, 09:44
    • 590

"Qarabağ" bu gün İstanbulda "Vilyarreal"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

News24.az-ın məlumatına görə, I qrupunda yer alan Ağdam klubu ikinci sınağında İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək.

"Köhlən atlar" Azərbaycandakı hərbi vəziyyətlə bağlı rəqibini Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Hakimlər: Pavel Orel, Petr Blazej, Jiri Krij
Dördüncü hakim: Andrey Pekanets (hamısı Çexiya)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)