Azərbaycanda ard-arda partlayışlar, qışqırıqlar və sonra qan -
    • 29-10-2020, 09:55
    • 344

Azərbaycanda ard-arda partlayışlar, qışqırıqlar və sonra qan - "The New York Times" Bərdə soyqırımından yazdı

"İlk partlayış avtomobili dayandırmağa məcbur edəcək qədər yüksək idi. Yaxın ərazi olduğu görünürdü və raket səsinə bənzəyirdi. Buna görə cəld maşından çölə atıldıq və divarın dibində əyildik. Daha sonra anladım ki, vaxtında maşını dayandırmasaydıq partlayışlardan biri ilə üzləşə bilərdik".

News24.az xəbər verir ki, bu sözlər "The New York Times" saytında ötən gün Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi soyqırım haqqında dərc olunan reportajda yer alıb. 

Yazıda qeyd edilib ki, raket hücumu baş verməyənə qədər Bərdə şəhərində həyat adi qaydada davam edib. Qadınlar alış-verişdə, kişiıər isə yanacaqdoldurma məntəqəsində avtomobillərinə yanacaq doldururdular. 

Atılan raketlərdən sonra isə ərazidə qadınların qışqırıq səsləri ucalıb. Yaxınlıqdakı xəstəxananın zirzəmisinin pilləkənlərində qan izləri, zirzəmidə isə tibb bacıları və xəstəxanada müalicə olunanlar toplaşıblar. 

Reportajda həmçinin Bərdəyə atılan raket nəticəsində həlak olan 7 yaşlı Aysudan da bəhs olunub.