"Birinci siniflərlə bağlı situasiyadan valideyn kimi də xəbərdaram" - Təhsil naziri
    • 30-10-2020, 11:54
    • 579

"Birinci siniflərlə bağlı situasiyadan valideyn kimi də xəbərdaram" - Təhsil naziri

“Birinci siniflərlə bağlı situasiyadan həm də valideyn kimi xəbərdaram. Övladım təhsilə ilk olaraq onlayn keçdiyi üçün buna öyrəşib”. 

News24.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir 1-ci sinif şagirdlərinin hələ hərf yazmağı öyrəndiyi bir vaxtda məktəblərin tətilə çıxması ilə bağlı yaranan problemi şərh edib. E.Əmrullayev övladının da bu il 1-cə sinifə getdiyini qeyd edib: “Mənim övladım da bu il birinci sinfə gedib, valideyn kimi xəbərdaram”.