"Ermənistan fosfordan istifadə edərək Şuşa meşələrində yanğın törədir" - Hikmət Hacıyev
    • 31-10-2020, 14:06
    • 532

"Ermənistan fosfordan istifadə edərək Şuşa meşələrində yanğın törədir" - Hikmət Hacıyev

"Ermənistan fosfordan istifadə edərək Şuşa meşələrində yanğın törədir. Bu vasitə ilə ağ tüstü yaratmağa və Azərbaycanın silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz təyyarələrin görməsinə mane olmağa çalışırlar".

News24.az xəbər verir ki, sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb. O bildirib ki, Ermənistanın bu cür tamamilə yararsız və lazımsız ekoloji terroru, çarəsizlik əlamətidir.