MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
    • 2-11-2020, 10:05
    • 408

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.