"Ümidsiz baxışlara, kədərə, böyük qəmə rast gəldik..." - FOTOLAR
    • 2-11-2020, 11:33
    • 704

"Ümidsiz baxışlara, kədərə, böyük qəmə rast gəldik..." - FOTOLAR

"Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal Gəncədə olublar.

News24.az xəbər verir ki, bu barədə Eldar "İnstagram"da yazıb: "Bir həftə əvvəl Nigarla  Gəncəmizə yollanmışdıq. Orada gördüklərimdən, yaşadıqlarımdan bir həftədir ki, hisslərimi, fikirlərimi cilovlayıb, yaza bilməmişdim. Məqsədimiz erməni vəhşiliyi nəticəsində zərər çəkmiş ailələrə, yaxınlarını itirmiş insanlara, şəhid ailələrinə, mərd əsgərlərimizə dəstək olmaq və xüsusən də, ingilis dilli auditoriyamıza həqiqətləri hadisə yerindən çatdırmaq idi. Amma oraya ayaq atan kimi dilimiz tutulub, fikirlərimiz çaş-baş oldu. Ümidsiz baxışlara, kədərə, böyük qəmə rast gəldik. Sonra şəkildə gördüyüm 3 gün əvvəl kəfənə bükülmüş doğma balasını sinəsinə sıxıb, son öpüşünü bağışlayan atanı görüb anladım ki, hamımız onlar üçün daha güclü və iradəli olmalıyıq! Min dəfə dirilib düşmənə yerini göstərməliyik. İnsanlarla danışdıqca, dərdlərini paylaşdıqca, bütün itkilərə, əzaba, kədərə baxmayaraq, onların ruhən nə qədər mərd olduqlarını görüb, Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını gördük. Çünki bizi Qələbəyə düşmənə nifrət yox, Vətənə sevgi aparır! O gün çox yaxındadır! Allah hamımızı qorusun. Qarabağ Azərbaycandır".

Sevda Bayramova