Havayla bağlı XƏBƏRDARLIQ
    • 3-11-2020, 13:37
    • 722

Havayla bağlı XƏBƏRDARLIQ

​​​​Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, əvvəlcə şimal və şərq bölgələrində, noyabrın 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.