-
- 14-10-2018, 10:15
- 838
İraqda həbsdə olan üç azərbaycanlı azyaşlı Gürcüstana qaytarılıb - VİDEO
İraqda ömürlük həbsə məhkum edilmiş Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı qadının üç azyaşlı övladı Tbilisiyə gətirilib.
2, 5 və 6 yaşlı uşaqları Tbilisi beynəlxalq hava limanında yaxın qohumları ilə yanaşı, Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani də qarşılayıb.
25 yaşlı Şəlalə Səmədova Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd sakini olub. Onun Rusiya vətəndaşı olan milliyətcə azərbaycanlı həyat yoldaşı İŞİD terror təşkilatına qoşulub. Hərbi əməliyyatlar zamanı onun ölməsinə baxmayaraq, İraqın qanunlarına əsasən, həyat yoldaşı terrorçuluqda müqəssir bilinən şəxslə nikahda olduğuna görə ömürlük həbsə məhkum edilib. Onların azyaşlı övladları qanuna uyğun şəkildə həbsxanada saxlanılırdı. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra yerli uşaq evlərinə veriləcəkdi.
Qadının valideynləri qızlarını 7 il, nəvələrini isə ümumiyyətlə görmədiklərini bildiriblər. Onlar uşaqların Gürcüstana qaytarılmasına görə T.Tsulukianiyə həyata keçirdiyi xeyirxah missiya üçün minnətdarlıqlarını bildiriblər.
T.Tsulukiani azərbaycanlı qadının faciəvi taleyi barədə bir il öncə Gürcüstanın İraqdakı səfiri Gia Tabatadzedən öyrənib.
Bu il mayın 23-də T.Tsulukiani İraqın mərkəzi qadın həbsxanasında həmin qadınla şəxsən görüşərək, ondan övladlarını Gürcüstana valideynlərinin yanına göndərilməsi ilə bağlı razılıq alıb.
Nazirin sözlərinə görə, uşaqların Gürcüstana qaytarılması məsələsini operativ olaraq həll etmək lazım idi, belə ki, onların uşaq evlərinə təhvil verilməsi yaşı yaxınlaşırdı.
Nazirin sözlərinə görə, Ş.Səmədova həbsdə saxlanılan yeganə Gürcüstan vətəndaşıdır ki, Gürcüstanda anadan olub və bu günə qədər valideynləri də Gürcüstanda yaşayır.
T.Tsulukiani Bağdadda iraqlı həmkarı ilə görüşdə Gürcüstan vətəndaşına qarşı çıxarılmış məhkəmə hökmünə yenidən baxılması perspektivləri üzərində birgə işin aparılması barədə də razılıq əldə edib.
//Report.az