Ermənistanda yoluxma sayı 100 minə çatır
    • 4-11-2020, 13:30
    • 343

Ermənistanda yoluxma sayı 100 minə çatır

Ermənistanda son sutka ərzində daha 2374 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

News24.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 97 150-yə yüksəlib.

Koronavirusdan bir gündə 35 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1448-ə çatıb.

Qeyd edək ki, hazırda Ermənistanda 36 502 aktiv koronavirus xəstəsi var.

Ülvi İsmayıl