Bu ölkədə 17 milyon su samuru MƏHV EDİLƏCƏK
    • 5-11-2020, 09:11
    • 1 165

Bu ölkədə 17 milyon su samuru MƏHV EDİLƏCƏK

Danimarka hakimiyyəti ölkədəki bütün su samurlarını (norka) həhv etmək barədə qərar qəbul edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə ümumilikdə 1139 təsərrüfatda təxminən 15-17 milyon heyvan var.

Baş nazir Mette Frederiksen, mətbuat konfransı zamanı mutasiyaya uğramış koronavirusa yoluxma hallarının aşkarlanmasından sonra belə bir qərar verildiyini söyləyib.

Hökümət başçısı qeyd edib ki, su samurlarından insanlara yoluxan SARS-CoV-2 zamanı bədəndə antikor istehsal etmə qabiliyyəti azalıb. Ayrıca, bu mutasiya COVID-19-a qarşı peyvəndin inkişafı üçün problem yaradır.

İndiyə qədər Şimali Yutlandiyada 12 nəfərin mutasiya uğramış koronavirusa yoluxduğu aşkar edilib

Eyni zamanda M.Frederiksen virusun yalnız bir Avropa ölkəsinə deyil, bütün dünyaya yayıla biləcəyini düşündüyünu açıqlayıb.

Qida və Balıqçılıq Naziri Mogens Jensen xəz təsərrüfatlarının sahiblərinə kömək göstəriləcəyini vurğulayıb.
Danimarka bu addımı atan ilk Avropa ölkəsi deyil. İyun ayında Hollandiyada koronavirus aşkarlandığı üçün təsərrüfatlardakı bütün su samurlarının məhv ediləcəyi barədə məlumatlar yayılmışdı.
İyul ayında İspaniya koronavirus səbəbiylə 90 mindən çox su samurunui məhv etmək qərarına gəlmişdi.