"Sivasspor"un prezidentindən Azərbaycana dəstək
    • 6-11-2020, 11:55
    • 603

"Sivasspor"un prezidentindən Azərbaycana dəstək

Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.

News24.az xəbər verir ki, 55 yaşlı funksioner bu barədə UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bildirib.

Otyakmaz Azərbaycanın Türkiyə ilə dost və qardaş ölkə olduğunu söyləyib: "Azərbaycanın mübarizəsində daim onlarla birlikdəyik. Allah ədalətli olanın və haqlının yanındadır. "Qarabağ" klubuna da uğurlar arzulayıram".

Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.