Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi - Müdafiə Nazirliyi - VİDEO
    • 8-11-2020, 16:47
    • 350

Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi - Müdafiə Nazirliyi - VİDEO

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Bu barədə News24.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.