-
- 15-10-2018, 12:20
- 1 855
Yıldız Tilbenin söz-söhbətli konsertindən - FOTOLAR - VİDEO
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Yıldız Tilbe Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
News24.az xəbər verir ki, konsert Y.Tilbenin ən sevilən mahnısı “Delikanlım” ifa etməsi ilə başladı.
Tədbirin ilk yarım saatı sakit ab-havada keçsə də daha sonra ifaçının ritmik mahnılar səsləndirməsi ilə məkanda canlanma baş verdi.
Arxa və orta sıralada əyləşənlər səhnənin qarşısına gələrək Yıldız Tilbe mahnıları Yıldız Tilbe ilə birgə oxumağa başladı. Onu da qeyd edək ki, zalda yetəri qədər boş yerin olması ilə əlaqədar məkanın balkon hissəsi izləyicilərə açılmayıb. Əvəzində isə 25 manata qeyd olunan hissəyə bilet alan izləyicilər zalın dolu görüntüsünü yaratmaq üçün məkanın aşağıdakı boş yerlərinə yerləşdirilib.
Lakin konsert narazılıqsız da ötüşməyib. Belə ki, izləyicilərin səhnənin qarşısına yığışması ilk sıralarda əyləşənlərə mane olub. Dəfələrlə mühafizəçilərə irad bildirildikdən sonra Y.Tilbeyə toxunmaq istəyən izdiham səhnənin qarşısından uzaqlaşdırılıb.
Konsert öz axarında davam edərkən, müğənni Zenfira İbrahimova öncədən konsertin planına daxil olmayan addım atıb.
O, türkiyəli həmkarının köməkçilərinə səhnəyə çıxmaq istədiyini bildirib. İstəyinə nail olan Z.İbrahimova Y.Tilbenin ard-arda iki mahnı səsləndirib. Hansılar ki, ifaçımız səhnəyə çıxmadan öncə artıq ifa olunmuşdu. Onu da bildirək ki, Yıldız Tilbe Zenfira İbrahimovanın duet oxumaq təklifini də qəbul etməyib. Yıldız Tilbenin Azərbaycanın tanınmış müğənnisi kimi təqdim etdiyi Z.İbrahimovanın ifaları nəinki zalda əyləşənləri hətta sosial şəbəkə izləyicilərinin də qıcıqlandırıb. Onun ifaları bəyənilməyib.
Tədbirin ən ürəkaçan məqamı isə Yıldız Tilbenin 2 saat ərzində ara vermədən canlı olaraq ən sevilən mahnılarını səsləndirməsi olub.
Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov