Prezident: "Düşməni beynəlxalq məhkəmələrə verəcəyik"
    • 11-11-2020, 16:21
    • 509

Prezident: "Düşməni beynəlxalq məhkəmələrə verəcəyik"

“Artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin, artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək”.

News24.az xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

“Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz fərdi və mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik. Onlar təzminat ödəyəcək, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”, - o vurğulayıb.