Bu kişi 60 ildir ağzında  gül ilə gəzir - Maraqlı səbəb
    • 15-10-2018, 13:02
    • 1 023

Bu kişi 60 ildir ağzında gül ilə gəzir - Maraqlı səbəb

Bursada yaşayan 87 yaşlı Ali Rıza Karan, həkimin “siqareti tərgitməlisən”sözündən sonra 60 ildir  ki, ağzında siqaret əvəzinə gül ilə gəzir.

News24.az xəbər verir ki, yay-qış ağzında gül ilə gəzən yaşlı adam, “Gül baba” olaraq tanınır. Qısa zamanda sosial  mediada tanınıb, sevilən  Ali Rza Karan verdiyi açıqlamalarda, “Məni tanımayanlar niyə ağzımda gül gəzdirdiyimi soruşurlar.

27 yaşımda çəkdiyim siqaretin zərərli olduğunu düşünüb tərgitdim. O gündən bəri ağzımda ancaq gül gəzdirirəm. Yayda bağçamdakı güllərdən istifadə edirəm. Qışda isə almaq məcburiyyətində qalıram.

 Bir gülü bir həftə istifadə edə bilirəm. Artıq öz məhləmizdə hamı niyə belə gəzdiyimin səbəbini bilir. Başqa yerə gedən zaman, insanlar mənə qəribə baxır”deyib.

Şəlalə Ağayeva