Türkiyədən Naxçıvana dəmiryolu xəttinin çəkilməsi planlaşdırılır
    • 12-11-2020, 13:26
    • 505

Türkiyədən Naxçıvana dəmiryolu xəttinin çəkilməsi planlaşdırılır

Naxçıvana dəmiryolu xətti çəkməyi planlaşdırırıq.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazir bildirib ki, Azərbaycanda baş verən yeni proseslərdən sonra Naxçıvan tərəfə dəmiryolunun çəkilməsi planlaşdırılır və bununla bağlı iş planı tamamlanmaq üzrədir.