Əsgərə dərman aparırdı, qəzaya düşdü
    • 13-11-2020, 16:02
    • 428

Əsgərə dərman aparırdı, qəzaya düşdü

İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən Ordumuza istər maddi, istər mənəvi dəstək olan şəxslərdən biri də Məmmədov Ramin Nizami oğludur. O, 1990-cı ilin noyabrında Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya göz açıb.

News24.az xəbər verir ki, M.Ramin 9 noyabr tarixində əsgərlərimiz üçün Bərdədən Tərtərə dərman yardımı apararkən yolda avtoqəzaya uğrayıb. 

Qohumlarının və tanışlarının verdiyi məlumata görə, Ramin daim əsgərlərin yanında yer alıb. Müdafiə Nazirliyinin Orduya lazımi təminatı ödəməsinə baxmayaraq öz istəyi ilə yardımlar həyata keçirib. Gücü çatdığı qədər əsgərlərin ehtiyaclarını ödəyib. Onun ölümü bütün yaxınlarına dostlarına, xüsusilə, əsgərlərimizə pis təsir etdi. 

Nə xoş bizə ki, belə vətəndaşlarımız var. Görünən budur ki, II Qarabağ müharibəsi bizə iki şeyin önəmini izah etdi: 

Birlik və qayğı...

Məhərrəm Əliyev