Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbəsinə həsr olunan videoçarx hazırladı
    • 14-11-2020, 12:57
    • 512

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbəsinə həsr olunan videoçarx hazırladı

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki qələbəsinə həsr olunan videoçarx hazırlayıb.

News24.az xəbər verir ki, videoçarx qurumun rəsmi tvitter səhifəsində paylaşılıb.

Paylaşımda “Bu video Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizi qürurlandıran Azərbaycan türkü qardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə həsr olunur...” sözləri qeyd olunub.